Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında ikitərəfli görüşlərini davam edir.
Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Ərdoğan sammit çərçivəsində liderlərlə keçirdiyi görüşləri sosial media hesabında paylaşıb.
Ərdoğan Makronla görüşü ilə bağlı “NATO sammitimiz çərçivəsində keçirdiyimiz bu səmərəli görüşün ölkələrimiz üçün faydalı olmasını arzu edirəm” deyib.
Ərdoğan Sunakla görüşü ilə bağlı “Müttəfiqlərimizlə sıx əməkdaşlıq edərək müttəfiqliyimizə töhfə verməyə davam edəcəyik” deyib.
Jalə
Manşet.az