Bu şəhərə 11 ildən sonra qar yağdı - FOTO

22:38 - 11 İyul 2023

Bu şəhərə 11 ildən sonra qar yağdı - FOTO

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqa qar yağıb.

 

Manset.az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin sakinləri səhər yuxudan oyananda qar yağdığını görəndə heyrətləniblər. İyul ayı Cənub yarımkürəsində qış ayı olsa da, burada sonuncu dəfə qar 2012-ci ildə, yəni 11 il bundan əvvəl yağıb.

Mütəxəssislər bu hadisəni son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

Cənubi Afrika Meteoroloji Xidmət İdarəsi sakinlərə isti geyinməyi tövsiyə edib. Sinoptiklər qarın bir həftə davam edəcəyini proqnozlaşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az