Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.
Xatırladaq ki, M.Çavuşoğlu 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.

