"Avstraliya Ukraynaya daha 30 zirehli hərbi maşın göndərəcək"
Manset.az “The Age” qəzetinə istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Albanese Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində Zelenski ilə görüşüb.
Görüşdən sonra Alban jurnalistlərə Ukraynaya yeni hərbi yardım haqqında məlumat verib.
Ukraynaya daha əvvəl müharibədə istifadə etmək üçün ayrılan 90 maşına əlavə 30 zirehli maşın göndərəcəklərini açıqlayan Albanese, Ukraynaya zirehli maşın yardımının 120-yə, maliyyə yardımının isə təxminən 890 milyon dollara yüksələcəyini bildirib.
Albanese ölkəsinin Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcəyini də qeyd edib.
Jalə
Manşet.az