ABŞ-ın İllinoys ştatında ağır yol qəza hadisəsi baş verib.
Bu barədə Manset.az Trt Haber-ə istinadən xəbər verir.
Sərnişin avtobusu Cənubi İllinoys ştatında Silver Lake İstirahət Bölgəsinə gedən magistralın çıxışında dayanmış üç yük maşınına çırpılıb.
Polis qəza nəticəsində avtobusda olan 3 nəfərin öldüyünü, bəzilərinin ağır olmaqla 14 nəfərin yaralandığını bildirib.
Jalə
Manşet.az