Putinin də təklifləri var - Ərdoğan

19:35 - 12 İyul 2023

Putinin də təklifləri var - Ərdoğan

Ukraynadan taxılın daşınması üçün nəzərdə tutulan sazişin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin yekunlarını dəyərləndirərkən deyib.

Ərdoğan bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski sazişin uzadılmasına tərəfdardır. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin də sazişlə bağlı təklifləri var.

Ərdoğan bu kimi məsələlərin üzərində çalışacaqlarını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az