NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında prezident Rəcəb Tayyib Ərdoğanla görüşən İspaniyanın baş naziri Pedro Sançes Türkiyənin AB-yə üzvlük prosesinə dəstək vəd edib.
Manset.az xəbər verir ki, Sançes mətbuat konfransındakı çıxışında Ərdoğanla görüşünə də toxunub.
İlin sonuna qədər AB-yə sədrlik edəcək İspaniyanın baş naziri Sançes prezident Ərdoğana bu müddət ərzində AB-yə üzvlük prosesində Türkiyə ilə bağlı məsələləri gündəmə gətirməyə çalışacaqlarına söz verdiyini bildirib.
Sançes bildirib ki, Türkiyənin özünü AB ilə daha yaxın hiss etməsi üçün bu aylarda hansı addımı atacağımızı müəyyənləşdirəcəyik.
Sançes İspaniyanın AB daxilində təkbaşına qərar verə bilməyəcəyini, ancaq Türkiyəni maraqlandıran bu iki məsələnin Aİ-nin dövr sədrliyinin verdiyi səlahiyyətlər çərçivəsində gündəmə gətirilməsi üçün əllərindən gələni edəcəklərini qeyd edib.
Sançes ikitərəfli hökumətlərarası sammitlər keçirən Türkiyə ilə İspaniya arasında strateji və hərtərəfli tərəfdaşlığın olduğunu da vurğulayıb.
Jalə
Manşet.az