Kiyevə kamikadze dronlarıyla hücum olundu - Ölü və yaralılar var

11:34 - 13 İyul 2023

Kiyevə kamikadze dronlarıyla hücum olundu - Ölü və yaralılar var

Kiyevə kamikadze dronlarının hücumu nəticəsində ölən və yaralılar olub.

 

Manset.az  Ukraynanın "mediacenter.org.ua" mətbuat orqanına istinadla bildirir ki, Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, kamikadze dronları zərərsizləşdirilib.  Həmçinin məlumatda dron dağıntılarının paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurduğu da qeyd edilib.

 Kiyev meri Vitali Kliçko olaya münasibət bildirib.

Onun sözlərinə görə, partlayışlar səbəbindən Solomen, Şevçenko, Podol və Darnitski rayonlarında təcili yardım xidmətlərinə bir neçə dəfə çağırış olub.

Darnitski rayonunda yaşayış binasının fasadı dağılıb, hadisə nəticəsində  xəstəxanaya yerləşdirilən yaralılar var. Bundan başqa, Podol rayonunda da qeyri-yaşayış binasında  yanğın baş verib. Xilasetmə işləri zamanı hadisə yerindən bir nəfərin meyiti tapılıb.

Hücumun kimin etdiyi barədə  hələlik məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az