Meksikada terror aktı baş verib.
Manset.az xəbər verir ki, "mexicodailypost.com“ saytının məlumatına görə, partlayış hadisəsini Meksikanın qərb hissəsindəki Xalisko əyalətində yerli terrorçu qruplaşma həyata keçirib.
Hadisə 4 nəfər xüsusi xidmət orqanı əməkdaşı, və 2 nəfər mülki şəxsin ölümü, onlarla insanın yaralanması ilə nəticələnib.
Yerli hökumət bu hadisəni “terror aktı” kimi qiymətləndirib.
Əyalət qubernatoru Enrike Alfaro Ramirez rəsmi tviter hesabından polis və Xalisko əyalətinin Baş Prokurorluğunun əməkdaşlarının ölümünə səbəb olan hadisə terrorçu qruplaşmaların Meksika ərazisindəki aktivliyini və nəticələrinin necə ağır olduğunu bildirən paylaşım edib.