NATO-nun Baş katibi Vilnüsdə keçirilən Sammitdə Çinin hərbi imkanlarından söhbət açıb.
Manset.az “Xinhua.net”-in yazdığına istinadla bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən sammitdə Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını təxmin etdiklərini bildirib.
O, bu fikrini tədbirin sonunda keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, Çin hərbi imkanlara sərmaya qoyur, və bu da bütün ölkələrə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını istisna etmir: “2035-ci ilə qədər Çin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə də sahib ola bilər. Təhlükəsizlik artıq regional deyil, qlobal xarakter daşıyır. Çin hərbi imkanlara sərmayə qoyur. Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağı gözlənilir. Biz Çinin buna nə qədər yaxınlaşdığını görürük".