Dünyada aclıqla mübarizə aparan əhalinin sayı açıqlandı

14:07 - 13 İyul 2023

Dünyada aclıqla mübarizə aparan əhalinin sayı açıqlandı

2022-ci ildə aclıqla üzləşən insanların ortalama sayının 735 milyon olduğunu açıqlanıb.

 

Manset.az BAKU.WS-ə istinadla xəbər verir ki, bu barədə Romada yerləşən BMT agentlikləri, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Qida Proqramı (WFP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının birgə hazırladığı "BMT 2023 Dünya Ərzaq Təhlükəsizliyi Proqramı" hesabatı dərc olunub.

Hesabatın təqdimat iclasına video müraciət göndərən BMT-nin baş katibi Antonio Quterreş "Heç kim ac qalmamalıdır" deyib.

Hesabatda, Kovid-19 epidemiyası, Ukraynadakı müharibə və iqlim sarsıntıları kimi çoxsaylı böhranların təsiri ilə 2019-cu ildən bəri aclıqla üzləşən insanların sayının təxminən 122 milyon nəfər artdığı bildirilib. Ötən il dünyada 691-783 milyon insanın aclıqla mübarizə apardığı, orta rəqəmin isə 735 milyon olaraq hesablandığı qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az