İlon Mask süni intellektin tədqiqi ilə məşğul olacaq “xAI” kampaniyasının təsis edildiyini bəyan edib.
Manset.az “Technologymagazine.com”-ın yazdığına istinadla bildirir ki, bu barədə öz tviter hesabında məlumat verənİlon Mask hələ ki, firmanın məşğul olacağı layihələrin detalları barədə məlumatları bölüşməyib.
Lakin digər xarici KİVlərin bildirdiyinə görə, kampaniyanın saytında bu barədə ümumi məğz açıqlanıb. “Onun məqsədi “kainatın həqiqi təbiətini dərk etməkdir””.
Maskın komandası iyulun 14-də təşkil olunacaq audioefir əsnasında öz planlarının təfərrüatlarını açıqlamağı planlaşdırdıqlarını bildiriblər.