Türkiyədə qovurucu istilərin davam etdiyi bir vaxtda Bodrum hava limanının qovşağında yanğın baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.
Magistral yolun kənarında başlayan və meşəyə sıçrayan yanğından sonra yanğınsöndürən təyyarə də havaya qalxıb. Vertolyotlarla yanaşı, hava limanına yaxın ərazilərdə yerləşdirilən qruplar və Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları da yanğın yerinə sövq edilib.
Hazırda yanğın nəzarət altındadır.

