Bu gün "Taxıl Dəhlizi" sazişinin son günüdür - Qərar nə olacaq?

12:47 - 17 İyul 2023

Bu gün \"Taxıl Dəhlizi\" sazişinin son günüdür - Qərar nə olacaq?

Bu gün Türkiyə, Rusiya, Ukrayna və BMT arasında 22 iyul 2022-ci ildə imzalanan “Qara dəniz taxıl dəhlizi”nin son günüdür.

 

Manset.az TGRT Haber-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi iyulun 4-də verdiyi açıqlamada  2022-ci ilin sentyabrından ehtiyacı olan ölkələrə verilməsi planlaşdırılan 262 min ton Rusiya gübrəsindən yalnız iki partiya göndərilib. 20 min ton gübrə isə sonradan göndərilib. Qərbdə Rusiyaya qarşı sanksiyaların hətta qida və gübrə məsələlərində belə yumşaldılması mümkün olmayıb. Bu şərtlərdə davam etmək üçün heç bir səbəb yoxdur. Müqavilənin müddəti iyulun 17-də başa çatacaq deyə qeyd edib.
 
Türkiyənin vasitəçiliyi ilə İstanbulda imzalanan müqavilənin taleyi isə qeyri-müəyyən olaraq qalır. İndiyədək 3 dəfə uzadılan müqavilənin 4-cü dəfə uzadılması üçün bir müddətdir danışıqlar davam edir. Lakin Rusiya müqavilənin şərtlərinin yerinə yetirilmədiyini iddia edib. 
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivandan Moskvaya xəbərdarlıq gəlib. Onun sözlərinə görə, əgər Rusiya Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxsa, Moskva üçün diplomatik xərclər çox böyük olacaq.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az