Türkiyənin Adana şəhərində gözəllik məkanına silahlı hücum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gözəllik salonuna gələn şəxs içəri girərək təsadüfi atəş açıb. Atəş nəticəsində 2-si qadın olmaqla 4 nəfər yaralanıb. Hücum edən şəxs hadisədən sonra qaçıb.
Yaralılardan Rəcəb Tayyib Bolatın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.