Aİ və Tunis arasında qeyri-qanuni miqrasiyaya qarşı saziş

18:56 - 17 İyul 2023

Aİ və Tunis arasında qeyri-qanuni miqrasiyaya qarşı saziş

Aİ ilə Tunis arasında imzalanan müqaviləyə əsasən, Avropaya qeyri-qanuni miqrasiyanın qarşısının alınması müqabilində Şimali Afrika ölkəsinə maliyyə yardımı ediləcək.

 

Manset.az Xarici KİV-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, miqrasiyanın qarşısının alınması müqabilində Şimali Afrika ölkəsinə hərtərəfli maliyyə yardımı edilməsi nəzərdə tutulur.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Tunis prezidenti Kays Səid ilə Tunisdəki prezident sarayında görüşdən sonra verdiyi açıqlamada, razılaşdırılmış “hərtərəfli strateji tərəfdaşlığın” qeyri-qanuni miqrasiyanın azaldılması və Tunisin iqtisadi inkişafına dəstək məqsədi daşıdığını bildirib.

Səfər zamanı Leyeni qeyri-qanuni miqrasiyadan ən çox zərər çəkən ölkələrdən biri olan İtaliyanın baş naziri Giorgia Meloni və Hollandiyanın baş naziri Mark Rutte müşayiət edib.
Razılaşma təkcə insan qaçaqmalçılarına qarşı daha təsirli tədbirlər görmək deyil, həm də qaçqınların axtarış-xilasetmə əməliyyatlarını təkmilləşdirmək məqsədi daşıyır.

İmzalanan saziş Tunisə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Aİ-yə 105 milyon avro vəsait ayırır. Bundan əlavə, böyük borc yükü altında olan ölkəyə 150 ​​milyon avro büdcə yardımı göstərilməsini nəzərdə tutur. Keçən ay səfərləri zamanı avropalı siyasətçilər 900 milyon avroluq uzunmüddətli kredit vəd edib. Lakin bu pul Tunisin hazırda Beynəlxalq Valyuta Fondu, BVF ilə danışıqlar apardığı 2 milyard dollara yaxın kreditin təsdiqlənəcəyi təqdirdə veriləcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az