Cənubi Amerikada kəşf edilən yeni balıq növü alimləri heyrətə gətirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Boliviyada saatlarla sudan kənarda qala bilən və fərqli nəfəs alma tərzinə malik yeni balıq növü kəşf edildiyi bildirilib.
Tədqiqatçı Heinz Arno Drawert tərəfindən kəşf edilən yeni balıq növləri könüllü olaraq sudan çıxır, saatlarla çöldə qala bilər və nəfəs almağa davam edir.
"Bu qəribə balıq təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli ləkələr və naxışlara malikdir.O meşədə müəyyən və müvəqqəti su ekosistemlərində yaşayır” – deyə uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar aparan Drawert bildirib.
O, bu balıq növlərinin yumurtalarının quraqlığa dözümlü olduğunu bildirib. Drawert qeyd edib ki, son 30 ildə bu balıq növlərinin 60-70 faizi məhv olub.