Çanaqqalada meşə yanğınları 8 kəndə zərər vurdu

22:51 - 17 İyul 2023

Çanaqqalada meşə yanğınları 8 kəndə zərər vurdu

Türkiyənin Çanaqqala bölgəsində dünən axşam saatlarından etibarən meşə yanğınları başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı hadisə yerinə gedib.

İbrahim Yumaklı bildirib ki, yanğının böyüməsinə külək səbəb olub. 8 kəndə zərər dəyib və Çan-Çanaqqala yolunda hərəkət məhdudlaşdırılıb.

Yanğının söndürülməsinə çoxlu sayda texnika və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşə yanğınları baş verib. Çanaqqaladakı yanğının söndürülməsi üçün işlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az