Misirin paytaxtı Qahirə şəhərində yaşayış binası çöküb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Əraziyə mülki müdafiə və xilasetmə qrupları cəlb olunub, nəqliyyatın hərəkəti dayandırılıb.
Dağıntılar altından çıxarılanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.