Qazaxıstanın Türküstan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəza nəticəsində azı doqquz nəfər ölüb, 15 nəfər yaralanıb.Xəsarət alanlardan 13-ü xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Şayan kəndi yaxınlığında olub. Ekpindi-Sozak avtomobil yolunda “Nissan”, “Toyota Camry” və “Volkswagen Grafter” markalı avtomobillər toqquşub. Qəzadan sonra maşınlar yanıb.