ABŞ-da şiddətli yağışlar daşqın, sürüşmə və palçıq axınına səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, fəlakət nəticəsində 3 nəfər dünyasını dəyişib. Aralarında 9 aylıq uşağın da olduğu 4 nəfər itkin düşüb. Güclü yağışlar evlərə və avtomobillərə ziyan vurub.
Nyu-York aeroportunda şiddətli yağışlara görə yüzlərlə uçuş təxirə salınıb.
ABŞ Meteorologiya Xidməti digər ştatlarda sel və qasırğanın olacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.