Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya İqlim Təşkilatı bəzi ölkələrdə temperaturun rekord səviyyəyə çıxacağını bildirib.
Həmçinin, təşkilat dünya üzrə indiyə qədər qeydə alınan rekord temperatur göstəricilərini paylaşıb.
Təşkilatdan bildirilib ki, istilərin güclənməsi qeydə alınan rekordların yaxın gələcəkdə yenilenəcəyi ehtimalını yaradır.
Qeyd edək ki, Dünya Meteorologiya Təşkilatının açıqlamasına görə 1913-cü il iyulun 10-da Kaliforniyanın Ölüm Vadisində dünyada ən yüksək temperatur müşahidə edilmişdi. 16 avqust 2020-ci ildə isə 54,4 dərəcə ilə ölçülən temperatur qeydə alınmışdı. Dünyada ikinci ən yüksək temperatur 1931-ci ilin iyulunda Tunisin Kebili şəhərində 55 dərəcə ilə record səviyyəyə çatıb. Avropa üçün indiyə qədər təsdiqlənmiş ən yüksək temperatur isə 1977-ci il iyulun 10-da Afinada 48 dərəcə Selsi olub.
Manşet.az
Aygün