Xalq arasında “Qiyamət xəbərçisi” kimi tanınan balıq Tayvan sahillərində göründü.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayvan sahillərində dalğıclar tərəfindən aşkar edilən balığın görüntüləri Tvitterdə paylaşılıb.
Qiyamət balığının görünməsi bütün dünyada narahatlığı artırıb. Bu çox nadir balıq növünün fəlakətlərdən əvvəl göründüyü deyilir. Həmçinin, bu balığın 2011-ci ildə Yaponiyada baş verən Fukuşima zəlzələsindən əvvəl meydana çıxdığı paylaşıldı.
Balıqçılar xəbəri paylaşdıqdan sonra camaat işlərini qoyub sahilə tərəf gediblər.
Qeyd edək ki, bu çox nadir balıq növünün fəlakətlərdən əvvəl göründüyü deyilir. Bu balığın 2011-ci ildə Yaponiyada baş verən Fukuşima zəlzələsindən əvvəl meydana çıxdığı bildirilib.
Aygün
Manşet.az