Britaniyalı tədqiqatçılar qocalmağa səbəb olan hüceyrələri yox edəcək molekul kəşf ediblər.
Manset.az xaric KİV-ə istinadən xəbər verir ki, kəşf edilən CUDC-907 molekulu zamanla funksiyasını itirərək, toxumalarda yığılan və qocalmağa səbəb olan "zombi hüceyrələri"ni məhv edə bilir.
Sınaqlarda CUDC-907-nin bir neçə yan təsiri istisna olmaqla gənc və sağlam hüceyrələrə zərər vermədiyi aşkar edilmişdir.
Tədqiqatçılar molekulu qocalmanı yavaşlatmaq və irəli yaş qrupunda görülən xəstəliklərin qarşısını almaq üçün tanınan "senolitik" adlanan dərmana istinad edərək hazırlayıblar. Digər tərəfdən, bu yeni bir dərmanın xərçəng müalicəsindən sonra bədəndə qalan hüceyrələri təsirli bir şəkildə aradan qaldıra biləcəyini bildiriblər.
Dərman həm xərçənglə, həm də xərçəngin təkrarlanmasına səbəb olan köhnə hüceyrələrlə mübarizə apara biləcək. Heyvanlarla aparılan sınaqlar müsbət nəticə verərsə insanlar üzərində də tədqiqatların aparılması planlaşdırılır. Araşdırmanın nəticələri isə“Aging” jurnalında dərc olunub.
Qeyd edək ki, "zombi hüceyrələri" bölünməyi rədd edən hüceyrələr olaraq bilinir. Ölməyən, lakin normal hüceyrə funksiyalarını yerinə yetirə bilməyən "zombi hüceyrələri" yaşlanma ilə əlaqəli xəstəliklər, o cümlədən osteoartrit, ateroskleroz, Alzheimer və Parkinson kimi nevroloji degenerativ xəstəliklərlə əlaqələndirilmişdir. Gənc bədən "zombi hüceyrələri" və toxumalarını təmizləyə bildiyi halda, immun sistemi yaşlandıqca təmizləməni dayandırır. Bu hüceyrələr isə bədəndə toplanır və qocalmağa səbəb olur.
Aygün
Manşet.az