Almaniyada avtomobilini özü yuyanlara 100 avro CƏRİMƏ

15:15 - 18 İyul 2023

Almaniyada avtomobilini özü yuyanlara 100 avro CƏRİMƏ

Almaniyada tətbiq edilən “Su Resursları Qanunu” ilə zəhərli və ya suyu çirkləndirən maddələrin yeraltı sulara qarışmasının qarşısını almağa çalışılır. 

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, buna görə də avtomobilini özü yumaq istəyən hər bir şəxs 100 min avroya qədər cərimə oluna bilər.
Federal Ştatda avtomobili öz həyətində kimyəvi təmizləyicilərlə yumaq ümumiyyətlə qanunsuzdur. Bu səbəbdən avtomobilini yumağı planlaşdıranların müvafiq ictimai təhlükəsizlik idarəsindən icazə almalıdır. 

Ştatlarda yeraltı suların çirklənməsinə görə cərimələr belədir:

Baden-Vürtemberq: 500 € - 50.000 €

Bavariya: 50 € - 25.000 €

Brandenburq: 25 - 50.000 €

Bremen: 25 € - 30.000 €

Aşağı Saksoniya: 50 € - 50.000 €

Şimali Reyn-Vestfaliya: €510 - €50,000

Reynland-Pfalz: €25,56 - €50,000

Saarland: 25 € - 50.000 €

Saksoniya: 25 € - 100.000 €

Şlezviq-Holşteyn: 25 - 25.000 €

Türingiya: 50 - 50.000 €

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az