Ağ Ev rəsmisi İranda “Əxlaq” polisinin geri qayıtmasına reaksiya verib.
Manset.az Azadİran Telegram kanalına istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İran xalqının öz geyimlərini seçmək hüququnun olduğunu bildirib.
Onun sözlərinə görə İran xalqının qərar vermək və qadınlarının geyimlərini seçmək hüququ var:
“İran xalqı indi özü qərar verə və qadınlar öz geyimlərini sərbəst seçə bilməlidir, ABŞ da İslam Respublikasına daha çox təzyiq göstərməlidir”.
Aygün
Manşet.az