Türkiyə tarixinin ən böyük müdafiə Müqaviləsi

17:33 - 18 İyul 2023

Türkiyə tarixinin ən böyük müdafiə Müqaviləsi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri zamanı Respublika tarixinin ən böyük müdafiə müqaviləsini imzalayıb.

 

Manset.az xarici KİV -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Türkiyə prezidenti ilə görüşü zamanı “Baykar”dan İHA alacaqlarını açıqlayıb.

Baykar baş direktoru Haluk Bayraktar isə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Bayraktar “AKINCI TİHA” ixrac və əməkdaşlıq müqaviləsi imzaladıq. Onun sözlərinə görə Türkiyə Cümhuriyyəti tarixindəki ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsi faydalı və xeyirli olacaq.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə ikitərəfli və heyətlərarası görüşlər keçirib. Nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra iki ölkə arasında birbaşa investisiya, sənaye, enerji, müdafiə və rabitə sahələrində 5 müqavilə imzalanıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az