İspaniya Ukraynaya "Leopard" tankı göndərir

21:41 - 18 İyul 2023

İspaniya Ukraynaya \"Leopard\" tankı göndərir

İspaniya Ukraynaya səhra xəstəxanası  və gələn həftə 4 ədəd "Leopard 2A4" tipli tank və digər hərbi ləvazimatları çatdıracağını açıqlayıb.

 

Manset.az-ın məlumatına görə,  bu barədə məlumatı İspaniya Müdafiə Nazirliyi yayıb.

Açıqlamada Ukraynaya 4 “Leopard” tankı, 10 zirehli transportyor və çoxlu sayda zirehli avtomobil, yüngül yük maşınları və təcili yardım maşınlarının göndəriləcəyi, yüngül silahlar və ağır çaplı sursatların daşınmasının yay boyu davam edəcəyi bildirilib.

Müdafiə naziri Marqarita Robles Toledo şəhərində mətbuata bildirib ki, İspaniyanın hər il 2000 Ukrayna əsgərinə təlim keçmək vədinin 90 faizi yerinə yetirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az