İspaniya Ukraynaya səhra xəstəxanası və gələn həftə 4 ədəd "Leopard 2A4" tipli tank və digər hərbi ləvazimatları çatdıracağını açıqlayıb.
Manset.az-ın məlumatına görə, bu barədə məlumatı İspaniya Müdafiə Nazirliyi yayıb.
Açıqlamada Ukraynaya 4 “Leopard” tankı, 10 zirehli transportyor və çoxlu sayda zirehli avtomobil, yüngül yük maşınları və təcili yardım maşınlarının göndəriləcəyi, yüngül silahlar və ağır çaplı sursatların daşınmasının yay boyu davam edəcəyi bildirilib.
Müdafiə naziri Marqarita Robles Toledo şəhərində mətbuata bildirib ki, İspaniyanın hər il 2000 Ukrayna əsgərinə təlim keçmək vədinin 90 faizi yerinə yetirilib.
Jalə
Manşet.az