Bu ölkədə satılmamış ərzaqlar bağışlanacaq

21:54 - 18 İyul 2023

Bu ölkədə satılmamış ərzaqlar bağışlanacaq

Belçikanın paytaxtı Brüsseldə böyük supermarketlər sata bilmədikləri, lakin hələ də istifadəyə yararlı olan ərzaq məhsullarını atmaq əvəzinə, bağışlamağa məcbur olacaqlar.

 

Manset.az-ın məlumatına görə,  Brüssel Bölgəsi hökumətinin tullantıları azaltmaq qərarı ilə 1000 kvadratmetrdən böyük olan supermarketlər 2024-cü ildən etibarən satılmamış, lakin istifadə müddəti bitməyə yaxın olan xeyriyyə təşkilatlarına bağışlamalı olacaq.

Yeni qanuni tələbin şəhərdəki 100-ə yaxın supermarketi birləşdirəcəyi bildirilir.

Brüssel Bölgəsi hökumətinin sosial yardım naziri Alain Maron şəhərdə yaşayan 70 min insanın ərzaq yardımına ehtiyacı olduğunu bildirib.

Qanunvericiliyi hazırlayan Maron hər gün tonlarla istehlak məhsulunu atmağımız qəbuledilməzdir deyib.

Belçikada son illərdə ərzaq inflyasiyasının artması və yaşayış dəyərinin artması səbəbindən “qida bankları” adlanan yardım nöqtələrindən yararlananların sayı artır. Bununla belə, xeyriyyə təşkilatlarına edilən ərzaq yardımlarının azaldığı bildirilir.

Bildirilir ki, Brüsseldə orta hesabla bir supermarket hər ay təxminən 1 ton istehlak qidası bağışlayır, lakin bəziləri bunu gec edir, bəziləri isə hələ də əhəmiyyətli miqdarda ərzaqları tullayır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az