Keçmiş prezidentə 128 ay həbs cəzası verildi

22:00 - 18 İyul 2023

Keçmiş prezidentə 128 ay həbs cəzası verildi

Panamanın keçmiş prezidenti Rikardo Martinelli çirkli pulların yuyulmasında ittiham olunaraq 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Manset.az-ın məlumatına görə,  Panamada yenidən prezidentliyə namizədliyə hazırlaşan 71 yaşlı Martinelli barəsində media şirkəti satın alaraq çirkli pulların yuyulması ittihamı ilə hökm elan edilib. Martinelli 128 ay həbs cəzası alıb və 19 milyon dollar cərimələnib.

Ona qarşı müxtəlif ittihamlar irəli sürən Martinelli partiyası tərəfindən 2024-cü il mayın 5-də ölkədə keçiriləcək prezident seçkiləri üçün ötən ay namizəd göstərilib.

2015-ci ilin dekabrında barəsində həbs qərarı çıxarılan Panamanın keçmiş prezidenti Rikardo Martinelli 2017-ci ildə ABŞ-da saxlanılıb və 2018-ci ilin iyununda ölkəsinə ekstradisiya edilib. Martinelliyə qarşı korrupsiya ittihamları ekstradisiya ərizəsinə daxil edilməyib.

Panama məhkəməsi 2019-cu ilin avqustunda ev dustaqlığı orderini ləğv edərək, Martinelliyə 2009-2014-cü illərdə "ən azı 150 adamın telefonunu dinləməklə casusluq etmək və bu casusluq üçün dövlət vəsaitlərindən istifadə etmək" ittihamı ilə bəraət qazandırıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az