Ölkələr taxıl ixracını Rusiyasız müzakirə edirlər - Ukrayna

22:04 - 18 İyul 2023

Ölkələr taxıl ixracını Rusiyasız müzakirə edirlər - Ukrayna

Ukrayna və digər ölkələr Rusiyasız taxıl ixracını bərpa etmək üçün danışıqlar aparır.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Kuleba Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında mətbuata açıqlama zamanı deyib.

Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etdikdən sonra Ukrayna taxılının qlobal bazarlara çatdırılmasının vacib olduğuna işarə edən Kuleba bunun üçün “siyasi iradə”nin lazım olduğunu bildirib.

Bunun asan bir vəziyyət olmadığını vurğulayan nazir Kuleba, “Rusiya razılaşmadan çıxdı. Türkiyə, BMT və Ukrayna və ya digər ölkələr ya mövcud çərçivədən istifadə edə, ya da yeni təşəbbüs irəli sürə bilər. Təbii ki, ən böyük problem Rusiyanın taxıl daşıyan gəmini vurması ehtimalıdır. Bütün variantlar müzakirə olunur”. - deyib.

Kuleba, bəzi BMT-yə üzv ölkələrin Ukraynaya silah vermənin müharibəyə səbəb olduğu düşüncəsi ilə əlaqədar olaraq, Ukraynaya silah verilməməsinin ölkənin müharibəni uduzaraq müdafiəsiz qalacağı anlamına gəldiyinə diqqət çəkib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az