BMT-də süni intellektlə bağlı ilk iclas keçirildi

13:24 - 19 İyul 2023

BMT-də süni intellektlə bağlı ilk iclas keçirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası süni intellektlə bağlı ilk iclasını keçirib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı süni zəka ilə bağlı ilk iclası ABŞ-ın NyuYork şəhərində yerləşən qərargahda keçirib.

İclasda Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş çıxış edib. O, süni intellektin qlobal sülh və təhlükəsizlik üçün yaratdığı potensial risklərə diqqət çəkib. Onun sözlərinə görə Bizi uzaqlaşdıran deyil, sosial, rəqəmsal və iqtisadi fərqləri birləşdirən süni intellekt üçün birlikdə işləməliyik:

"Gəlin sosial mediaya nəzər salaq. İnsanlar arasında bağı gücləndirmək üçün nəzərdə tutulan alətlər və platformalar indi seçkilərə xələl gətirmək üçün istifadə edilir. sui-qəsd nəzəriyyələrini yayır, nifrət və zorakılığı alovlandırmaq üçün istifadə edilir. Süni intellekt və nüvə silahları, biotexnologiya, neyrotexnologiya və robototexnika arasında qarşılıqlı əlaqə son dərəcə narahatedicidir".

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az