Fransada vətəndaşları döyən polislər sərbəst buraxıldılar

14:08 - 19 İyul 2023

Fransada vətəndaşları döyən polislər sərbəst buraxıldılar

Marseldə yeddi polis əməkdaşı kütləvi etirazların yatırılması zamanı vətəndaşlara qarşı həddən artıq güc tətbiq etmək ittihamı ilə saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazır.

Lakin polislərin qısa müddət sonra sərbəst buraxıldığı bildirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı istintaq 22 yaşlı etirazçının şikayəti əsasında başlayıb.

Həmin şəxs ifadəsində bildirib ki, polislər onun baş nahiyəsinə plastik güllələrlə atəş açıblar.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib və bir neçə saat huşsuz vəziyyətdə qalıb.

Xatırladaq ki, Fransada Nahel adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkədə polis zorakılığına qarşı kütləvi etiraz aksiyaları keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az