Alimlər bu gün Yer kürəsinə nadir rast gəlinən və dağıdıcı nəticələrə səbəb ola biləcək "adamyeyən” Günəş qasırğasının çatacağı barədə xəbərdarlıq ediblər.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, “adamyeyən” Günəş qasırğasının elektron sistemlərə, peyklərə və rabitə sistemlərinə təsir edəcəyi gözlənilir.
Alimlər bugünkü günəş fırtınasını "adamyeyən" adlandırırlar, çünki bu, özündən əvvəlki fırtınaları kölgədə qoyur.
Mütəxəssislər bildirir ki, bu tufanlar Yerin maqnit sahəsində əhəmiyyətli pozuntular yaradır və rabitə sistemlərinə təsir göstərir. Bu pozuntular mühafizə cihazlarında yanlış həyəcan siqnalları və elektrik enerjisinin kəsilməsi ilə müşaiət olunar. Həmçinin, Yer orbitində peyk nəzarətini poza bilər.
Aygün
Manşet.az