Dünyaca şöhrətli model Gigi Hadid səfərdə olarkən çamadanından narkotik maddə çıxdığı üçün həbs edilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanında modelin şəxsi təyyarəsinə baxış zamanı marixuana aşkarlanıb.
Kayman adalarında həbs olunan model girov qarşılığında sərbəst buraxılıb.
Hadidin sözçüsü açıqlama verərək hadisəni təsdiqləyib:
"Gigi Nyu-York şəhərində qanuni olaraq istifadə edilən tibbi lisenziyalı dərmanla səyahət edirdi. Maddə 2017-ci ildən Böyük Kaymanda da qanuni idi. O hazırda tətilinin dadını çıxarır”.
Gigi Hadid isə hələki mövzu ilə bağlı heç bir açıqlama verməyib. İnstaqram hesabından tətil pozalarını paylaşmağa davam edir.
Aygün
Manşet.az