Vaqnerin lideri Priqoıin sığındığı Belarusda əsgərlərini qarşılayarkən rus ordusuna qarşı sərt açıqlamalar verib.
Manset.az xəbər verir ki, ötən ay Rusiya lideri Vladimir Putinə qarşı qısa müddətli üsyanı ilə bütün dünyanın diqqətini çəkən Rusiyanın muzdlu ordusu Vaqnerin lideri Yevgeni Priqojinin yeni videosu yayılıb.
Yeni yayımlanan videoda Priqozin Belarusdakı Vaqner döyüşçülərini salamlayır.
Vaqner lideri Reuters tərəfindən hələlik təsdiqlənməmiş videoda cəbhədəki döyüşü “utancverici” adlandıraraq, daha Ukraynadakı müharibədə iştirak etməyəcəklərini bildirib. "Belarus torpağına xoş gəlmisiniz, dostlar. Biz şərəflə döyüşdük. Siz Rusiya üçün çox şey etdiniz. Cəbhədə baş verənlər biabırçılıqdır və biz artıq buna qarışmırıq"- deyə o, əlavə edib.
Priqojin daha sonra döyüşçülərə yerli əhali ilə yaxşı davranmağı və Belarus ordusunu öyrətməyi əmr edib.
Priqojin Ukraynada məğlub olmayacaqların əmin olacaqlarından sonra müharibəyə geri qayıda biləcəklərini deyib.
Jalə
Manşet.az