Türkiyəli sənətçi Fərdi Tayfurun qızı Tuğçə Tayfur keçmiş nişanlısı Burak Kalfa barədə uzaqlaşdırma qərarı çıxartdırıb.
Manset.az Hürriyet-ə istinadən xəbər verir ki, buna səbəb Tuğçənin şiddət görməsi ilə bağlı iddiası olub. O, bu barədə sosial şəbəkədə məlumat verib:
"6 aydır etdiyin psixolji şiddətə, söyüşlərinə, təhdidlərinə səssiz qalmayacağam. Ayrılmaq istəyəndə məni evə qapatdın. İstədiyin məkanda oxumağım üçün məni yumruqladın. Əlində videolarım var deyərək, zorla yanında saxladın. Başıma gələn hər şeyin səbəbkarı sənsən".
Aygün
Manşet.az