Türkiyədə daxili aviareyslər kəskin bahalaşdı

11:46 - 20 İyul 2023

Türkiyədə daxili aviareyslər kəskin bahalaşdı

Türkiyənin milli valyutasının rekord səviyyədə dəyərdən düşməsi fonunda ölkədə səfər qiymətləri artıb.

 

Manset.az xəbər verir ki, daxili reyslər üçün birtərəfli uçuşlarda maksimum səviyyə 43 faiz artımla 1 150 lirədən (72,68 manat) 1 650 lirəyə (104,28 manat) yüksəlib.

Bu barədə Türkiyə mediasında xəbər yayılıb. Ölkənin Mülki Aviasiya Baş İdarəsi isə iddianı təsdiqləməyib.

Bununla belə birtərəfli reys qiymətlərinə baxdıqda biletlərin 1 650 lirəyə qədər bahalaşdığı görünüb.

Türkiyə Avtobus Sürücüləri Federasiyası (TOFED) öz növbəsində bildirib ki, təyyarə biletlərinin bahalaşmasından sonra ölkədə avtobus reyslərinə tələbat artıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az