Türkiyəli məşhur aktrisa Gökçə Bahadır sənətçi dostlarından fərqli olaraq sadə bir tətilə üstünlük verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa və musiqiçi həyat yoldaşı Emir Ersoy ilə Kızılağaçda kottec kirayələyiblər. Məşhur cütlük təklikdə tətilə çıxaraq həm istirahət edir, həm də təbii qidalanırlar.
Gökçə Bahadır və Əmir Ərsoy ötən gün yetişdirdikləri təbii məhsullarla səhər yeməyi yeyərkən görüntülənib. Həmçinin, cütlük kənd sakinlərinin sevimlisinə çevrilib. Kənd camaatı tez-tez onların qapısını döyərək nəsə lazım olub-olmadığını soruşur.
Aygün
Manşet.az