Aİ yenidən Rusiyaya qarşı sanksiyaları uzatdı

16:20 - 20 İyul 2023

Aİ yenidən Rusiyaya qarşı sanksiyaları uzatdı

Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektrdə davam edir.

 

Manset.az-ın məlumatına görə, Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının idxalına qadağa qoyulması, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması sanksiyalardandır.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır. Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi qərarını ilk dəfə 2014-cü ildə qəbul edib.

Qeyd edək ki, Aİ-nin sanksiyaları 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra uzadılıb.

Jalə

Mançet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az