Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektrdə davam edir.
Manset.az-ın məlumatına görə, Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının idxalına qadağa qoyulması, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması sanksiyalardandır.
Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır. Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi qərarını ilk dəfə 2014-cü ildə qəbul edib.
Qeyd edək ki, Aİ-nin sanksiyaları 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra uzadılıb.
Jalə
Mançet.az