Arıqlamaq üçün axşam bu saatda yeyin

17:17 - 20 İyul 2023

Arıqlamaq üçün axşam bu saatda yeyin

ABŞ-da aparılan bir araşdırma arıqlamaq üçün nahar vaxtının kritik olduğunu ortaya qoydu.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticəsinə görə axşam saat 5-dən sonra yemək arıqlamağı çətinləşdirir. Çünki axşam saatlarında kalori yandırma sürəti çox yavaş olur. Mütəxəssislər səhər tezdən yeməyin həm aclığı daha asan yatıracağını, həm də arıqlamağa kömək edəcəyini bildiriblər.

Alimlər axşam 5-də yemək yeyənlərlə axşam 9-da yemək yeyənləri müqayisə ediblər. Daha əvvəl yemək yeyənlərin daha az ac olduğu, daha tez yeyənlərin isə bədənlərində daha az yağ yığdığı açıqlanıb. Tədqiqatçı Dr. Frank Scheer bildirib ki, biz axşam yeməyini gec yeməyin piylənmə riskini necə artırdığını araşdırmaq istədik. Bu araşdırmada biz erkən yeməklə gec yeməyin fərqini ictimaiyyətə açıqladıq. Gec yeyən insanların oyaqkən yüzdə 5 faiz daha az enerji xərclədiyi və buna görə də arıqlaya bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, araşdırma Cell Metabolism jurnalında dərc olunub.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az