İraq hökuməti İsveçin Bağdaddakı səfirindən ölkəni tərk etməsini istəyib.
Manset.az İraqın rəsmi agentliyi olan İNA-ya istinadən verdiyi məlumata görə, Bağdad rəhbərliyi İsveç səfiri Cessika Svardstroma İsveçdə Qurani-Kərimə edilən hücumlara görə ölkəni tərk etməli olduğunu bildirib.
İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyinin müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb.
Jalə
Manşet.az