İraq İsveç səfirindən ölkəni tərk etməsini istədi

17:55 - 20 İyul 2023

İraq İsveç səfirindən ölkəni tərk etməsini istədi

İraq hökuməti İsveçin Bağdaddakı səfirindən ölkəni tərk etməsini istəyib.

 

Manset.az İraqın rəsmi agentliyi olan İNA-ya istinadən verdiyi məlumata görə, Bağdad rəhbərliyi İsveç səfiri Cessika Svardstroma İsveçdə Qurani-Kərimə edilən hücumlara görə ölkəni tərk etməli olduğunu bildirib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyinin müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az