ABŞ-ın Oklahoma ştatında qətldə şübhəli bilinən şəxs öldürücü iynə ilə edam olub.
Manset.az-ın İhlas Xəbər Agentliyi-nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Oklahoma ştatında bu il ikinci ölüm hökmü icra edib. 1995-ci ildə Talsada 20 yaşlı Şaronda Uayt Klarkı qəssab bıçağı ilə qətlə yetirən 51 yaşlı Jemaine Cannon bu gün edam olub. Kannonun edamı yerli vaxtla səhər saat 10:00-da MakAlesterdəki Oklahoma ştatının cəzaçəkmə müəssisəsində öldürücü iynə ilə həyata keçirilib.
1995-ci ildə Jemaine Cannon Oklahoma Penitensiar Müəssisəsinin iş mərkəzindən qaçdıqdan sonra bir mənzildə birlikdə yaşadığı iki uşaq anası Şaronda Uayt Klarkı bıçaqlayıb. Edam cəzasına məhkum edilən Cannon özünü müdafiə məqsədi ilə ona bıçaqla hücum etmək istəyən Klarkı öldürdüyünü iddia edib. 1990-cı ildə Cannon 18 yaşlı başqa bir qadına çəkic, dəmir və tosterlə təcavüz etdiyinə və döydüyünə görə 15 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Oklahoma ştatında 2021-ci ildə ölümcül iynə ilə ölüm hökmü bərpa olunduqdan sonra səkkiz nəfər edam edilib.
Jalə
Manşet.az