Məşhur mahnı oğurluq çıxdı

15:07 - 21 İyul 2023

Məşhur mahnı oğurluq çıxdı

Türkiyəli müğənni Əmir Can İğrəyin dinləmə rekordları qıran mahnısı oğurluq çıxıb.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin məşhur "Ali Cabbar” mahnısı 1974-cü ildə çəkilən “Beş Milyoncuk Borç Verir Misin?” film soundtrack-ı ilə bənzədilib. Mahnının filmə bəstələnmiş musiqinin melodiyası ilə oxşarlığı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Əmir Can İğrək bu iddialara cavab verib. Müğənni bildirib ki, 8 illik karyera tariximdə heç bir mahnım oğurluq deyil.

“İddiası olan hər kəs məhkəməyə müraciət edib ekspertlərdən soruşa bilər. Hər notumun, hər sözümün altına imzamı qoyuram. Daha çox çalışaraq illər boyu bu liqada təmiz bir şəkildə irəliləyəcəyik”.  

İğrek açıqlamasında mahnılar arasındakı oxşarlığı musiqi bilgisindən yararlanaraq izah edib:

“Ali Cabbar” kənd musiqiçisi Əli Cabbarın aşiq olduğu qızın başqasıyla evlənməsindən və onun toyunda klarnet çalmaq məcburiyyətində qalmasından bəhs edir. 9/8 ritm modelində və xalq musiqisi formasında olduğu üçün nərdivan melodiyaları oxşarlıq hissi yarada bilir. Burada da 2-3 saniyəlik nərdivan melodiyasını xatırladır".

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az