“Urmu gölü yayın sonuna qədər tamamilə quruyacaq”
Manset.az xəbər verir ki, bunu Güney Azərbaycanda ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi bildirib. Hazırda gölün kritik vəziyyətinə toxunan ekspertin sözlərinə görə göl qurumaq üzrədir.
Maşallah Rəzmi Urmu gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini xatırladıb. Lakin hazırda göldə su, təxminən, bir milyard kubmetrə qədər azalıb.
Hüquq müdafiəçisi Urmu gölünün tamamilə quruması ilə göl ətrafında yaşayan 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayıb.
Aygün
Manşet.az