Yuxularını idarə etmək üçün başını deşdi

16:00 - 21 İyul 2023

Yuxularını idarə etmək üçün başını deşdi

Rusiyada bir kişinin təcrübə üçün başını deşərək xəstəxanaya yerləşdirilməsi gündəm olub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərində 40 yaşlı Mixail Raduqa adlı şəxs yuxularını idarə etmək və izləmək üçün çip hazırlayıb. Mixail Raduqa təxminən 2 ay əvvəl bir klinikaya müraciət edərək inkişaf etdirdiyi çipin beyninə yerləşdirilməsini tələb edib. Lakin klinika riskli əməliyyatı rədd edib. Bundan sonra o, çipin necə yerləşdiriləcəyini anlamaq üçün internetdə araşdırma aparıb.

Raduqa uşaqlığından bəri yuxular üzərində işlədiyini və son bir il yarım ərzində bu mövzuda təcrübələr apardığını bildirib.

Bir müddət sonra Raduqa çipi başına yerləşdirmək qərarına gəlib və buruqla kəlləsini deşib. Qan itirməyə başladığını anlayan Raduqa ən yaxın xəstəxanaya müraciət edib. Əməliyyata aparılan Mixail Raduqanın kəllə sümüyünə yerləşdirilən çip çıxarılıb. Həkimlər onun həyati təhlükəsinin olmadığını bildirib.  

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az