Polşanın Müdafiə Nazirliyi “Vaqner” PMC-nin iştirakı ilə Belarusda təlimlərin keçirilməsi ilə əlaqədar olaraq qoşunların yenidən bölüşdürülməsinə qərar verib.
Manset.az bu barədə cümə günü hökumətin təhlükəsizlik məsələləri üzrə komitəsinin nümayəndəsi Zbiqnev Hoffmann məlumat verib.
“Komitə mümkün təhlükələri, o cümlədən “Vaqner” qrupunun bölmələrinin yerləşdirilməsini təhlil edib. Bununla bağlı müdafiə naziri, komitənin rəhbəri Mariuş Blaşçak hərbi birləşmələrimizi Polşanın qərbindən şərqinə köçürmək qərarına gəlib”.
Polşa rəsmisinin sözlərinə görə, bu bölmələrin vəzifəsi hərbi təlimlər keçirməklə yanaşı, potensial “təcavüzkar”ın qarşısını almaqdır.